Şəhid gizir Seyfəddin Muradov Ağstafada torpağa tapşırıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəhid gizir Seyfəddin Muradov Ağstafada torpağa tapşırıldı

Sosial

16 Sentyabr 2022 21:08 1218


Şəhid gizir Seyfəddin Mahmud oğlu Muradov Ağstafa rayon Böyük Kəsik kənd qəbiristanlığında dəfn olunub.

Yenisabah.az xəbər verir ki, izdiham yaşanan dəfn mərasimində düşmənin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alındığı, hərbçilərimizin döyüş meydanında əsl qəhrəmanlıq göstərdiyi və şəhidlərimizin qanının yerdə qalmadığı qeyd olunub.

Şəhidlik zirvəsinə ucalan gizirin şərəfli döyüş yolundan, Vətənə olan sonsuz məhəbbətindən bəhs olunub. Vətən oğlunun məzarı üstünə gül dəstələri düzülüb, önünə əklillər qoyulub. pizza

Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, Seyfəddin Muradov sentyabrın 12-si və 13-də düşmən təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!