Şəhid mayor Rüfət Əsgərovun doğum günündə xatirəsi anıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhid mayor Rüfət Əsgərovun doğum günündə xatirəsi anıldı - Video

Sosial

30 Avqust 2021 19:48 972


Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələn mayor Rüfət Əsgərovun doğum günündə xatirəsi yad olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, anım mərasimində şəhidin ailəsi, dostları, döyüşçü və hərbçi yoldaşları, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Toyuqlu pizza

Əvvəlcə mərasim iştirakçıları II Fəxri xiyabanda dəfn olunan igidimizin qəbrini ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən anım mərasimində şəhid zabitin şərəfli həyat yolundan, onun torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşməsindən, cəsarət və qorxmazlığından, Vətəninə, torpağına, elinə-obasına bağlılığından danışılıb. Çıxış edənlər Rüfət Əsgərov kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağını və onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğunu xüsusi vurğulayıblar.

Sonda şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub və vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!