Şəhid polkovnikin oğlundan möhtəşəm uğur - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Şəhid polkovnikin oğlundan möhtəşəm uğur - FOTOLAR

Sosial

26 Fevral 2024 11:46 1014


Bu gün Bakı Ali Neft Məktəbində FİSO Beynəlxalq ingilis dili olimpiadası üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib. 

Yenisabah.az xəbər verir ki, qaliblərin siyahısında şəhid polkovnik Vüqar Yusifovun oğlu Yusifzadə Yusifin də adı yer alıb. 

Yusif yarışmada 3-cü yeri qazanaraq bürünc medala layiq görülüb. Dünyanın 38 ölkəsi tərəfindən rəsmi olaraq tanınan Beynəlxalq İngilis Dili Yarışması - FISO –da  bütün iştirakçılar Beynəlxalq sertifikat əldə ediblər. pizza sifarişi

Qeyd edək ki,  Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi, polkovnik Vüqar Yusifov 2016-cı ilin aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 6 aprel 2016-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dəfn olunub.

Şəhid polkovnikin iki qızı, bir oğlu yadigar qalıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!