Şəhid, şəhid ailələri və müharibə veteranlarının elektron reyestri yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

Şəhid, şəhid ailələri və müharibə veteranlarının elektron reyestri yaradılacaq

Sosial

08 Avqust 2022 14:24 975


Nazirlər Kabinetinin qərarları ilə “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” və “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat yayıb.

Qərarlar Azərbaycan Prezidentinin 2021-ci il 17 iyun tarixli fərmanlarının icrasının təmin edilməsi məqsədilə qəbul edilib. pizza hut

Yeni qaydalara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.

Reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması, onlarla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.

Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron qaydada vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!