Şəhidimizin 29-cu doğum günü qeyd edilib

saytların hazırlanması

Evə çatdırılma

Şəhidimizin 29-cu doğum günü qeyd edilib

Sosial

16 İyun 2022 18:07 783


Düşmən üzərində zəfər qazandığımız Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun 29-cu doğum günü qeyd edilib. 

Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzülüb. 

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib. Toyuqlu pizza

Anım mərasimi Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. 

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın döyüş meydanında əldə etdiyi zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, hazırda işğaldan azad edilən dədə-baba yurdlarımızda böyük quruculuq işləri həyata keçirilir. Abşeron rayonu da bu quruculuq işlərə öz tövhəsini verəcəkdir. 

Sonra çıxış edən şəhid E.Həsənlinin atası Vaqif Həsənli, anası Xatirə İsmayılova, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, din xadimi Rasim Xudaverdiyev və digərləri xalqımızın əldə qazandığı qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, idiglərimizin qəhrəmanlıqlarından danışıblar. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!