Şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi 

saytların hazırlanması

Evə çatdırılma

Şəhidin doğum günündə bulaq kompleksi istifadəyə verildi 

Sosial

25 Fevral 2022 13:25 343


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhid olan, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülən Şabanovun Rüfət Rauf oğlunun anadan olmasının 21-ci ili münasibəti ilə Abşeron rayonunda Abidə Bulaq Kompleksi istifadəyə verilib.

“Yeni Sabah” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə Ceyranbatan qəsəbə qəbiristanlığında uyuyan şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülüb. 

İştirakçılar daha sonra şəhidimizin əvvəllər yaşadığı binanın qarşısında yeni inşa olunan Abidə Bulaq Kompleksinin istifadəyə verilməsində iştirak ediblər.  pizza

Bildirilib ki, hər bir Azərbaycan oğlu kimi R.Şabanov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanmış və Murovdağ zirvəzi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

Qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq göstəriş və tapşırıqlara uyğun olaraq kompleksin ətrafında həmişəyaşıl ağac və gül kolları əkilmiş və ərazidə ümumi şəkildə təmir-abadlıq işləri aparılıb.

Abdin Fərzəliyev günün sonunda şəhid Rüfət Şabanovun əvvəllər yaşadığı Ceyranbatan qəsəbəsindəki evinə gedərək onun ailə üzvləri ilə görüşüb. Ailənin problemləri, qayğıları ilə maraqlanıb. RİH başçısı Abşeron rayonunda bundan sonra da şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini bildirib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!