Şəhidlərin ailə üzvlərinə veriləcək sosial ödənişlərlə bağlı iclas keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhidlərin ailə üzvlərinə veriləcək sosial ödənişlərlə bağlı iclas keçirildi - Fotolar

Sosial

31 Yanvar 2021 16:44 789


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə sosial ödənişlərin təyinatı üzrə proseslərin operativ və sürətli həyata keçirilməsi üzrə yaradılmış işçi qrupların növbəti iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Fondun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyevin sədrliyi ilə keçirilən iclasda məlumat verilib ki, bu günədək şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən sosial ödəniş təyinatları aparılıb. Sezar pizza

Həmin sənədlər fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan toplanaraq, təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilib.

Bu təyinatların 53 faizi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda yaradılmış işçi qrup tərəfindən aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!