Səhiyyə naziri: “Azərbaycanda dərman qıtlığı yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə naziri: “Azərbaycanda dərman qıtlığı yoxdur“

Sosial

20 Yanvar 2023 09:53 638


Hazırda ölkədə hər hansı kəskin dərman qıtlığı yoxdur. 

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. 

Nazir bildirib ki, dünyada baş verən hadisələr dərman istehsalında istifadə olunan xammalın qiymətinin artırılmasına gətirib çıxarıb. Bu da müəyyən dərmanların qiymətində nisbətən artıma səbəb olur.  pizza

"Vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib. Dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Strateji baxımdan vacib olan dərmanların qiyməti nəzarət altındadır və bu tənzimlənir", - nazir çıxışında vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!