Səhiyyə Nazirliyi Elşad Xoseyə dair məsələyə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyi Elşad Xoseyə dair məsələyə aydınlıq gətirdi

Sosial

28 İyul 2026 13:54 114


Elşad Xosenin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi və səhhətinin ağır olduğu barədə iddialar yayılıb.

"Yeni Sabah" azxeber.com-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyininin mətbuat xidməti məsələyə münasibət bildirib.

Qurumdan bildirilib ki, fərdi tibbi məlumatların məxfiliyi dövlət tərəfindən qorunur: pizza sifarişi

 "Qanunvericiliyinə əsasən, şəxsin psixi sağlamlığına, eləcə də psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və fərdi tibbi məlumatların məxfiliyi dövlət tərəfindən qorunur. Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin özünün razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!