Səhiyyə Nazirliyi kosmetoloji işlərlə məşğul olanlara xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyi kosmetoloji işlərlə məşğul olanlara xəbərdarlıq

Sosial

31 İyul 2023 11:14 631


"Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdırlar".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev bildirib.

O vurğulayıb ki, kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşayiət olunduğundan bu müəssisələr müvafiq tələblərə cavab verməlidirlər: Sezar pizza

"Həmçinin, bu ali və ya orta ixtisas təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər.

“Özəl tibb fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!