Qızılcanın ən çox yoluxuculuq dövrü kotaral və səpki mərhələsində olur. Piqmentasiya dövründə isə uşaqlar yoluxucu hesab olunmur.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova respirator viruslarla bağlı danışarkən deyib.
O xatırladıb ki, qızılca yüksək yoluxuculuğu olan virusdur: “Bunun kəskin respirator infeksiyaların simptomları ilə oxşarlıq təşkil edir. Kliniki gedişatına görə kataral, səpki və piqmentasiya dövrünə bölünür. Kataral dövr 4-5 gün çəkir. Bu zaman yüksək hərarət, boğaz ağrısı, halsızlıq və digər hallar müşahidə olunur. Səpkilər qırmızı və xırda ölçülü olur və baş-boyun nahiyəsindən başlayaraq digər yerlərə yayılır. Piqmentasiya dövründə artıq səpkilərin qəhvəyi rəngə çevrilir və qabıqlanma dövrü başlayır. Bu proses də təxminən 8-10 gün çəkir”. Toyuqlu pizza
Mütəxəssis qeyd edib ki, qızılcadan qorunmağın ən effektiv üsulu peyvənd vurdurmaqdır: “Peyvənd 1 və 6 yaşında iki doza olmaqla vurulur. Hər iki doza peyvənd vurulubsa 97 % xəstəlikdən ömürlük qorunmaq olar”.
Telegram kanalımız