Səhiyyə Nazirliyindən əhaliyə çağırış: Qapalı yerlərdə maska taxın!

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyindən əhaliyə çağırış: Qapalı yerlərdə maska taxın!

Sosial

15 İyul 2022 12:40 8721


"Son vaxtlar yoluxma sayında müşahidə olunan artım Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) belə bir açıqlama verməyə məcbur etdi ki, koronavirus pandemiyası davam edir və virusun yeni mutasiyaları aşkarlanır".

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

O bildirib ki, hazırda ABŞ, Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələrdə kəskin artım müşahidə olunur. Dördpendirli pizza

"Ölkəmizdə ötən aylarla müqayisədə virusa yoluxmada artım müşahidə edirik. Bunu nəzərə alaraq, gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edərdim. Bunu deyərkən, gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam.

Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda, vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!