Səhiyyə Nazirliyindən günvurma təhlükəsi ilə bağlı əhaliyə   xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyindən günvurma təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq

Sosial

01 İyul 2026 15:50 78


Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər, şəkərli diabeti, nevroloji xəstəlikləri və digər xroniki sağlamlıq problemləri olan şəxslər günəş şüalarının təsirinə qarşı daha həssasdırlar.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

“Müxtəlif hallarda günvurma nəticəsində bədən hərarəti 40°C və daha yuxarı qalxa bilər. Dəri isti, quru və qızarmış olur, nəbz sürətlənir, tənəffüs tezləşir. Daha ağır hallarda diqqət pozğunluğu, davranış dəyişiklikləri, nitqdə çətinlik, huşun bulanması, qıcolmalar və hətta huşun itirilməsi müşahidə oluna bilər. Bu əlamətlər təcili tibbi yardım tələb edən ciddi vəziyyətin göstəricisidir”, – ekspert bildirib. pizza sifarişi

Zakir Quliyev qeyd edib ki, xüsusilə günəş şüalarının daha intensiv olduğu saat 11:00-dan 17:00-dək açıq havada uzun müddət qalmaq tövsiyə edilmir: “Zərurət olmadıqda çölə çıxmamaq, açıq havaya isə əsasən səhər saat 11:00-dək və axşam 17:00-dan sonra üstünlük vermək məsləhətdir”.

Ekspert vurğulayıb ki, isti havalarda kifayət qədər maye qəbulu günvurmadan qorunmağın əsas şərtlərindən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!