Səhiyyə Nazirliyindən “Omikron” açıqlaması: “Nadir hallarda 5 gün çəkir“

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyindən “Omikron” açıqlaması: “Nadir hallarda 5 gün çəkir“

Sosial

09 Fevral 2022 15:19 826


“Omikron” koronavirusun mutasiyalarından biridir. Dünya ölkələrində həmin ştamın da məüyyən növləri var”.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, “Omikron”da xəstəliyin gizlin dövrü çox qısadır: “3-4 gün, nadir hallarda 5 gün çəkə bilər: “Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”. Pepperoni pizza

Nazirlik rəsmisi bildirib ki, digər infeksiyalarda 38-39 qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur: “Əvvəlki ştamlardakı iy, dad bilmə yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!