Səhiyyə Nazirliyindən qızılca ilə bağlı əhaliyə növbəti çağırış

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı əhaliyə növbəti çağırış

Sosial

27 Dekabr 2023 15:23 536


Qızılca xəstəliyinə yoluxan insanların simptomları uşaq və böyüklər üçün eynidir, lakin böyüklər xəstəliyi daha ağır keçirir.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

O bildirib ki, 40 yaş üzəri insanların vaxtında vurdurduğu peyvəndin üzərindən təxminən 30-40 il keçib, yaxud da bəziləri ümumiyyətlə peyvənd olunmayıb. pizza mizza

A.Əliyeva xatırladıb ki, qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir: “Peyvənd olunmayan hər yaşda insan qızılcaya tutula bilər. Peyvənd iki doza olmaqla 1 və 6 yaşında vurulmalıdır. 6 yaşdan böyük uşaqlar üçün 4 həftə ara verməklə iki doza halında peyvənd vurula bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!