Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi   - QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi - QƏRAR

Sosial

30 Sentyabr 2021 16:12 941


Nazirlər Kabineti “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara uyğun olaraq, Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib. pizza mizza

Qərarla yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən qurumların siyahısına Səhiyyə Nazirliyi də əlavə olunub.

Belə ki, bundan sonra nazirliyin və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılacaq.

Xatırladaq ki, bu səlahiyyət əvvəllər də nazirlikdə olub. Amma ötən ilin noyabr ayında Nazirlər Kabinetinin qərarı ilə bu səlahiyyət nazirlikdən alınmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!