Şəhriyar Məmmədyarov mötəbər turniri ikinci pillədə başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Məmmədyarov mötəbər turniri ikinci pillədə başa vurdu

İdman

30 Yanvar 2022 16:21 761


Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirini ikinci pillədə başa vurub.

Yenisabah.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XIII turda ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub. pizza

Məmmədyarov kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü yeri tutub. 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!