“Səhvlərə qalsa, gərək deputatların yarısından çoxu...” – Professordan maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Səhvlərə qalsa, gərək deputatların yarısından çoxu...” – Professordan maraqlı açıqlama

Sosial

04 Dekabr 2023 15:05 496


“Azərbaycan dilində düzgün yazmaq və səlis danışmaq hər birimizin borcudur. Buna görə də hamılıqla dilimizin təmizliyinin qeydinə qalmalıyıq”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin saytlardakı xətalarla bağlı bu gün keçirilən tədbirində BDU-nun professor, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib. 

Tanınmış ziyalı saytlardakı səhvlərə görə jurnalistləri cəzalandırmağın əleyhinə olduğunu bildirib:  Marqarita pizza

“Hər hansı cəza növü tətbiq edilərkən çox diqqətli olmaq lazımdır. Səhvlərə görə cəza tətbiq olunsa, gərək Milli Məclisin üzvlərinin yarısından çoxu cəzalandırılsın. Bəzi nazirlərin isə nitqindən danışmağa dəyməz. Özünüz görmüşünüz, eşitmişiniz”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!