Dünyada hər 6 saniyədə bir insan şəkərli diabetin fəsadlarından ölür. Şəkərli diabet- endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki yüksəlməsi ilə müşayiət olunur. Xəstəlik orqanizmdə insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.
Statistik məlumatlara görə, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstələrin əksəriyyətində (85-90 faiz) 2-ci tip şəkərli diabet diaqnozu qoyulur. Sezar pizza
Mövzu ilə bağlı sualları cavablandıran dietoloq Məhsəti Hüseynova Yenisabah.az-a açıqlamasında deyib ki, indiki halda yayılan şəkər xəstəliyi daha çox gündəlik insanların həyat tərzi və qidalanması ilə sıx bağlıdır:
“Erkən yaşlardan başlayan düzgün qidalanmama prosesi müəyyən fəsadlara yol açır. Bu zaman orqanizmdə həm maddələr mübadiləsi pozğunluğu baş verir, həm də həddindən artıq şəkərli qidalar qəbul etdikləri üçün bunu düzgün həzm edə bilmirlər. İnsulin hormonunu qidanlanma vasitəsilə pozurlar. Belə olan halda isə şəkər xəstəliyi əvvəlki zamanlara nisbətən artıq hər kəsdə müşahidə olunur”.
M. Hüseynovanın sözlərinə görə, insulin hormununun ifrazı düzgün şəkildə olmursa, bu hal erkən yaşda şəkərin yaranmasına gətirib çıxarır:
“Bunun qarşısını almaq üçün ilk növbədə, "fast food" qidalardan və qazlı içkilərdən olduqca uzaq durmaq lazımdır. Çünki hər birinin tərkibində müəyyən miqdarda şəkər var. Bu şəkərlərdən həddindən artıq istifadə olunduğu təqdirdə onlar düzgün həzm olunmur. Qadınlarda günlük şəkər qəbulunun miqdarı 20 qr, kişilərdə isə 35 qr-dır.
Əsas məsələ odur ki, insanlar həmin qidanı qəbul etdikdən sonra onu enerjiyə çevirə bilsinlər. Fiziki aktivlik hazırki durumda olduqca zəifdir. Əksər insanlar demək olar ki, günün çox hissəsini hərəkətsiz keçirir. Bununla paralel həmçinin yuxu rejiminə riayət edilməlidir”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız