Şəkidə selin yuduğu yollarda fəsadlar aradan qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə selin yuduğu yollarda fəsadlar aradan qaldırıldı

Sosial

01 Sentyabr 2023 13:09 293


Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şəki rayonu ərazisində fəsadlara səbəb olub.

Yenisabah.az xəbər verir ki, güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Aparılan işlər çərçivəsində rayonun Aydınbulaq, Aşağı Daşağıl, Şirinbulaq, Əlyar, Cəyirli və Qozlubulaq kəndlərində avtomobil yollarında sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış küvetlər yenidən qurulub, sözügedən yolların hər birində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!