“Seksualdır, amma üzündə nur yoxdur“ - Çingizdən qalmaqallı sözlər
15 Sen 2020 17:56
1943

“Seksualdır, amma üzündə nur yoxdur“ - Çingizdən qalmaqallı sözlər

"İnsan ağılsız vaxtı evlənməlidir. Ağlın artanda kaprizlərin böyüyür. 16 yaşında sevirsən, göylərdə uçursan və evlənirsən. Böyüdükcə, başa düşürsən ki, qadın necə olmalıdır, görünüşündə nələri görmək istəyirəm”

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev MTV telekanalında yayımlanan  "Ulduzun vaxtı" proqramında qonaq olarkən deyib. 

29 yaşlı sənətçi hazırda təbii qızların olmadığında gileylənib:

“Görünüşün böyük rolu var. İnsanların daxili onun üzünə, gözünə vurur. Böyük burunlu qızı bəyənərəm, əsas dodaqları yekə olmasın. Böyük burun çirkinlik deyil. Belə qızlar var, amma azalır. İnsanlar təbii qız görəndə sevinirlər, tapıntı kimi baxırlar. Başqa ölkələrlə müqayisədə bizdə aptek və market çoxdur. Bir də aşırı dərəcədə gözəllik salonu var. Demək, gözəllik yoxdur ki, salonlara axışırıq? Qızlar 90 faiz halda salonlarda gözəlləşmir. Qadın deyəndə incəlik, gözəl aura, şarm və üzdə nur düşünürsən. İndi o nur yoxa çıxıb. Güləndə gözlər bərəlir, dodaqlar açılır, dişlər qabağa gəlir. Üzdəki nur itir. Ola bilsin seksualdır, amma nur yoxdur. Üzdəki ifadə səni başqa məqsədlə cəlb edir. İndi bütün qızların sifəti eynidir. İstərdim qızlarda bir az özgüvən olsun, olduqları kimi özlərini sevsinlər".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər