Səməd Qurbanovun yerinə Emin Ağalarov təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Səməd Qurbanovun yerinə Emin Ağalarov təyin olundu

Sosial

02 Dekabr 2024 16:52 21812


Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə yeni sədr təyin olunub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı qərar Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin toplantısı zamanı verilib. 

Belə ki, 2018-ci ildən Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri olan tanınmış iş adamı Səməd Qurbanov vəzifəsindən ayrılıb. Onun yerinə digər tanınmış iş adamı Emin Ağalarov təyin olunub.  pizza sifarişi

Qeyd edək ki, Emin Ağalarov Rusiya və Azərbaycanda böyük bizneslərin sahibi, eyni zamanda Azərbaycanın Xalq artistidir. Onun əsas layihələri sırasına “Sea Breeze Resort” developer layihəsi, çox saylı restoran və fitness şəbəkələri daxildir.

Xatırladaq ki, Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə yaradılıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri iqtisadiyyatın kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və s. kimi müxtəlif sahələrində fəaliyyət göstərən iri, orta və kiçik biznesin nümayəndələridir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!