Mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı əri barədə danışıb.
Yenisabah.az xəbər verir ki, İradə xanım "O üz" proqramında ərinin ölümünü xatırlayıb:
"Yeganə yolum qəbiristanlıqıdır. Ora gedirəm. Maşın çağırıram, ancaq qəbiristanlığa gedirəm. Həyatımı yenidən başlasaydım, yenə Səmədlə ailə qurardım. Sezar pizza
Cavanlıqda çətinliklər çəkmişik. Kimsə istəmirdi, amma 45 il birlikdə yaşadıq. O rəhmətə gedəndə burada yox idim. Ayın 23-də səhər 6-da sonuncu dəfə onunla danışdım. Qızım zəng edəndən sonra bacım evdə interneti söndürdü. Mənə dedi ki, işləmir, indi düzəldəcəklər. Sonra dedi ki, İradə, Səməd yoxdur. Bacımı vurdum ki, dəlisən, nə danışırsan?! Dedi, rəhmətə getdi”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız