“Azərbaycanlı həmkarım sülh sazişi layihəsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün görüşmək təklifini açıq şəkildə rədd edərək, məni “populist” adlandırıb”.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan “X” səhifəsində yazıb.
O qeyd edib: “Əgər sülh təbliğatı populizmdirsə, mən qürurla bu etiketi qəbul edirəm. Təklifim hələ də qüvvədədir. Parlamentlərarası səviyyədə etimadın yaradılması, regionumuzda sülh və sabitlik naminə fəaliyyət göstərməyə hazıram".
Xatırladaq ki, bir müddət əvvəl Xandanyan Azərbaycan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Səməd Seyidovla görüşmək üçün müraciət etmişdi.
Telegram kanalımız