Şəmkirdə yas mərasimi yarımçıq dayandırıldı, din xadimi saxlanıldı - Video
04 İyl 2020 20:20
572

Şəmkirdə yas mərasimi yarımçıq dayandırıldı, din xadimi saxlanıldı - Video

Şəmkirdə sərt karantin rejiminə baxmayaraq təşkil olunan yas mərasimi dayandırılıb.

Rayon İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə, hadisə Aşağı Seyfəli kəndində baş verib.

Rayon icra başçısı Alimpaşa Məmmədov və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gedərək mərasimi dayandırıblar.

Yası təşkil edən şəxslər cəzalandırılıb, iştirak edən kənd sakinləri barəsində isə karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

Eyni zamanda qadağalara baxmayaraq, mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər