25 Sentyabr - 05:42
Səmra açıq-saçıq şəkillərindən danışdı: “Bununla qazanıram“  - Fotolar

Səmra açıq-saçıq şəkillərindən danışdı: “Bununla qazanıram“ - Fotolar

Şou

20 Fevral 2021 10:21 1192


“Miss -2019” yarışmasının qalibi Səmra Hüseynova açıq-saçıq şəkillərinə görə onu qınayanlara səslənib.

Yenisabah.az xəbər verir ki, MTV Azərbaycanın qonağı olan model soyunmaqda heç bir qəbahət olmadığını deyib:

“Soyunmağa iyrənc baxmaq lazım deyil, soyunmaqda gözəllik varsa, onu görmək lazımdır. Anladığım qədəri ilə açıq-saçıq fotolarım skandala səbəb oldu. Amma orada elə bir şey görmürəm. Həmin şəkillərdə bağlıyam, özümü bağlı görürəm. Əgər digərləri məni açıq görürlərsə, onların artıq psixologiyasında problem var. Sənəti sevmək, onu yaşatmaq lazımdır".

Səmra ölkəmizdə modellərə dəyər verilməməsindən gileylənib:

"Xarici model jurnala 100 min dollara çəkilişə gedirsə, bizdə bunun 10 qat aşağısıdır. İşim bu sahədir, bununla qazanıram. Bizdə modellərə qiymət verən yoxdur. Ailələr məni əngəlləyir. Düşünür ki, bu qadın modeldirsə, deməli əyri yolun yolçusudur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!