“Sən polisə sataşanda, artıq-əskik danışanda…”   – Əməkdar artist + Video

saytların hazırlanması

Evə çatdırılma

“Sən polisə sataşanda, artıq-əskik danışanda…” – Əməkdar artist + Video

Şou

11 İyun 2020 10:25 1716


Əməkdar artist Çingiz Əhmədov Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyata münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, İTV telekanalında yayımlanan “3D” verilişinin qonağı olan aktyor polisin bu addımına haqq qazandırıb: “Təbii ki, hər bir ölkəni narahat edən problem koronavirusdur. Həmçinin də bizi. Siz gördünüz, iki gün karantin rejimi oldu, insanlar polis işçilərinə zibil atdılar, onları elə belə gəlib çıxarmayıblar ki, evdən. Söhbət ondan gedir ki, hər bir kəs gərək özünə hörmət etsin ki, sonra ətrafa etsin. Polislər də bizim qardaşlarımızdır. Onlar bizi qoruyan insanlardır. Polis səni niyə gəlib evdən çıxarıb döyməlidir haqsız yerə? Nəsə problem yaşanıb ki olub. Sən polisə sataşandan, artıq-əskik danışandan sonra polis haqlıdır. Polis olmasın, elə biri mən. Çıxaq çölə, kimsə artıq-əskik söz desə təbii ki, mən ona cavab verəcəyəm”. 

Qeyd edək ki, Yasamalda polisin keçirdiyi əməliyyat bir neçə gün sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb oldu. İzləyicilər polisin evə daxil olaraq vətəndaşı yatdığı yerdən götürüb aparmasıni, yaşlı kişinin başına şillə vurmasını tənqid ediblər.  Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!