Sənan Əhmədov şəhid ailəsi deyil - Nazirlikdən rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sənan Əhmədov şəhid ailəsi deyil - Nazirlikdən rəsmi açıqlama

Sosial

28 Sentyabr 2022 16:48 2838


“Şəhidimiz Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun ona dövlət tərəfindən təqdim edilən mənzildən imtina etməsi ilə bağlı bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib.

O, Sənan Əhmədova şəhid ailəsi statusunun şamil edilmədiyini bildirib: Dominos pizza

“Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin, həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb.

Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil.

Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib.

Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Ona qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!