Seneqalda dünya çempionatını bu cür izlədilər -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Seneqalda dünya çempionatını bu cür izlədilər - FOTOLAR

Dünya

17 İyun 2026 15:24 138


Seneqal millisinin Fransa ilə dünya çempionatındakı ilk oyununu minlərlə azarkeş paytaxt Dakarın mərkəzində qurulan nəhəng ekrandan izləyib.

"Yeni Sabah" xəbər verir ki, azarkeşlər matçdan əvvəl “Renessans” abidəsinin ətrafında toplaşıb, Seneqal bayraqları və milli komanda formaları ilə komandalarına dəstək veriblər.

Oyun boyunca stadion atmosferi yaradan tərəfdarlar hər epizoda böyük coşqu ilə reaksiya verib. Fransa qol vurduqca isə meydanda kədərli anlar yaşanıb. pizza

Seneqalın 3:1 hesablı məğlubiyyətindən sonra isə azarkeşlər sakit şəkildə meydanı tərk ediblər.

Qeyd edək ki, Seneqal Afrikanın inkişaf etməkdə olan ölkələrindən biridir. Ölkədə gəlir səviyyəsinin aşağı olduğu bölgələrdə bəzi ailələrin televiziya və ödənişli yayım xidmətlərinə çıxışı məhdud olduğundan, iri futbol yarışları zamanı ictimai yerlərdə quraşdırılan nəhəng ekranlar azarkeşlər üçün əsas izləmə məkanlarından birinə çevrilir.  

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!