Sənətçilərin söz davası: “Yox, bir qoz kimidir“

saytların hazırlanması

Evə çatdırılma

Sənətçilərin söz davası: “Yox, bir qoz kimidir“

Şou

16 Mart 2023 17:26 1069


Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qadınlar barədə mübahisəli açıqlaması ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, Xəzən telekanalında yayımlanan “Səhər Mərkəzi” verilişində qonaq olan sənətçi həyat yoldaşı seçməyin çətinliyindən danışıb:

"Gərək elə bir insanla ailə qurasan ki, sonradan peşman olmayasan. Yaxşı bir insan, səni anlayan olsun. Sonra illərinə heyfin gəlir. Xərclənən pullar, başqa şeylər boşdur. pizza hut

Əsas gedən illərdir. Boşanmaya çatana qədər anlayırsan ki, boşdur. Düzgün seçim etmək həyatda ən önəmli məsələlərdən biridir. Qadınlar "qarpızdır". Qarpızı kəsirsən, bir də görürsən ki, içi ağdır.

Demək olmaz ki, bütün günahlar kişilərdədir və ya qadınlardadır. İnsan ailə qurur ki, xoşbəxt yaşasın, gələcəyini düşünsün. Bir də görürsən ki, aləm dəydi bir-birinə".

Onun bu fikirləri sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. İnsanlar sənətçinin qadını meyvə-tərəvəzlə müqayisə etməsini qınayıb.

Hətta Xalq artisti Brilliant Dadaşova da paylaşıma “Yox, bir, qoz kimidir, sındıranda içi çürük çıxa bilər”, – deyə ironik şərh yazıb.

Qeyd edək ki, H.Məhəmmədoğlu bir neçə il əvvəl birinci arvadından ayrılıb və ikinci dəfə evlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!