“Səni axtarıram” iştirakçısından Xoşqədəmə şok sözlər - “3 övladımı...”

saytların hazırlanması

Evə çatdırılma

“Səni axtarıram” iştirakçısından Xoşqədəmə şok sözlər - “3 övladımı...”

Şou

02 Sentyabr 2026 15:16 62


Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində iştirakı ilə tanınan Gülxanım sosial şəbəkədə canlı yayım açaraq aparıcıya qarşı sərt ittihamlar səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, Gülxanım bildirib ki, verilişə boşanmaq məqsədilə müraciət edib, lakin prosesin sonunda üç övladının əlindən alınaraq atalarına verildiyini iddia edib:

“Mən verilişə boşanmaq üçün getmişdim. Mənim 3 övladımı əlimdən alıb atasına verdilər. İndi Xoşqədəm öz istirahətində, öz həyatındadır, mən isə pis vəziyyətdə qalmışam”. Sezar pizza

O, başına gələnlərə görə Xoşqədəm Hidayətqızını məsul tutduğunu və həyatının çətin vəziyyətə düşdüyünü iddia edib.

Qeyd edək ki, Gülxanımın səsləndirdiyi fikirlər onun şəxsi iddialarıdır. Qarşı tərəfin məsələyə münasibəti məlum deyil. Görüntülər sosial mediada yayılıb. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!