Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında da Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Pepperoni pizza
Düşmənin xain hücumu nəticəsində Azərbaycan silahlı qüvvələrinin 71 hərbçiis qəhrəmancasına şəhid olub.
Şəhid ailələrinə hansı sosial güzəştlər olacaq?
Layihənin işçi qrupu bu sulaın cavabını araşdırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi son genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar.
Onun sözlərinə görə, Prezident Əliyevin tapşırığına əsasən, həmin şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunacaq:
"Nazirliyin nümayəndələri şəhid hərbi qulluqçularımızın ailələri ziyarət edib və onlarla bağlı sosial müdafiə tədbirlərinin görülməsi üçün aidiyyəti işlərə artıq başlayıblar. Şəhid ailələrinin müvafiq sosial dəstəklə təmin edilmələri məqsədilə zəruri sənədləşdirmə işlərində də yaxından dəstəyin göstərilməsi ilə bağlı yerli struktur bölmələri müvafiq qaydada təlimatlandırılıb.
Həmin ailələr sığorta ödənişi, aylıq sosial ödənişlərlə (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) təmin olunacaqlar. Eyni zamanda, qanunvericilik əsasında şəhid hərbi qulluqçularımızın ailələrinin mənzillə, fərdi evlə təminatı və aktiv məşğulluq proqramlarına cəlb olunmaları işləri aparılacaq.
Onlara şəhid ailələri üçün nəzərdə tutulan digər bir sıra imtiyaz və güzəştlərin tətbiqi də təmin ediləcək.
Şəhidlərimizin ailə üzvləri ilə görüşlər zamanı onlar yaranmış sosial müdafiə və sosial təminat hüquqları, imtiyaz və güzəştləri barədə məlumatlandırılır.
Şəhid hərbi qulluqçularımızın ailələri qarşıdakı dövrdə də mütəmadi olaraq ziyarət edilməklə onların sosial-məişət şəraiti daim diqqətdə saxlanacaq".
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız