Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?

Sosial

31 Avqust 2021 20:48 2063


Sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq. 

Yenisabah.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələrində çalışan işçilərdən COVID-19 paspotu tələb olunacaq.

Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər: pizza hut

-ictimai iaşə müəssisələrində;

-mehmanxanalarda;

-iri ticarət mərkəzlərində;

-ali və orta-ixtisas təhsili müəssisələrində.

Qeyd edək ki, qərarda marketlərdə, gözəllik salonlarında, biznes mərkəzlərində COVID-19 pasportunun tələb olunması öz əksini tapmayıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!