YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
SEPAH polkovnikə görə qisas alacağını vəd etdi

SEPAH polkovnikə görə qisas alacağını vəd etdi

Digər

24 Noyabr 2022 15:20 455


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami bir neçə gün öncə bomba partlayışında ölən polkovnik Davud Cəfərinin qisasının alınacağını vəd edib. 

Yenisabah.az İran KİV-lərinə istinadən xəbər verir ki, general-mayor Hüseyn Salami İranın düşmənlərinə heç bir sui-qəsdin cavabsız qalmayacağı barədə mesaj ünvanlayıb.

O əmin edib ki, İran qisası münasib vaxtda və məkanda alacaq.

SEPAH-ın dünən yaydığı bəyanatda bildirilib ki, İran Aerokosmik Qüvvələrinin polkovniki Davud Cəfəri Suriyanın paytaxtı Dəməşq ətrafında yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub.

Sepah bu hadisəyə görə İsraili ittiham edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!