SEPAH Şəbnəm Tovuzlunu casus elan etmək istəyir? - ŞOK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

SEPAH Şəbnəm Tovuzlunu casus elan etmək istəyir? - ŞOK AÇIQLAMA

Şou

27 Dekabr 2022 13:07 4873


İki gündür İran mediası və bu ölkənin sosial şəbəkə istifadəçiləri Şəbnəm Tovuzlunun İran səfəri ilə bağlı müxtəlif paylaşımlar edirlər.

SEPAH-a məxsus teleqram kanalları isə Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfərini siyasiləşdirməyə cəhd edir.

Bu barədə "Təbriz-Turan" TV məlumat yayıb. Dominos pizza

Qeyd olunur ki, SEPAH-ın iddiasına görə, Şəbnəm Tovuzlu İrana kəşfiyyata gəlib: "Azərbaycan Respublikası kəşfiyyatçılarından birinin həyat yoldaşı olan azərbaycanlı müğənni Şəbnəm Tovuzlu İrana səfər edib və Qum və Məşhədə gedib".

Qeyd edək ki, müğənni ötən gün İranın paytaxtı Tehranda və Qum şəhərində ziyarətgahlara baş çəkib.

İfaçı orda çəkdirdiyi fotoları "Instagram" hesabında paylaşıb. 

Musavat.com məsələ ilə bağlı Şəbnəm Tovuzlunun meneceri ilə əlaqə saxlayıb. Menecer bildirib ki, müğənni onun haqqında yayılanlarla bağlı məlumatlı deyil:

"Şəbnəm xanım Azərbaycandadır, amma hazırda Bakıda deyil. Onun haqqında yayılanlardan nə özünün, nə də mənim xəbərim var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!