Separatçı erməni rejim hələ də 30 min hektara yaxın torpağımızı şumlayır...

saytların hazırlanması

Evə çatdırılma

Separatçı erməni rejim hələ də 30 min hektara yaxın torpağımızı şumlayır...

Hadisə

29 Oktyabr 2021 22:17 3277


Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində hələ də tör-töküntüləri sülənən separatçı-terrorçu rejimin nəzarətində 30 min hektara yaxın əkilib-becərilə bilən torpağımız qalıb.

Yenisabah.az xəbər verir ki, bu haqda qondarma rejimin qanunsuz “iqtisadiyyat və kənd təsərrrüfatı” “naziri” Vilen Avetisyan Xankəndidəki separatçı erməni nəşrlərinə bildirib.  

"2020-ci il müharibəsinə qədər  torpaq balansı 133 min hektardan çox olub ki, bunun da rəsmi məlumatlara görə, 100 min hektara yaxını əkilib-becərilib. Müharibədən sonra biz əkin sahələrinin təxminən 70%-ni itirdik. Lakin buna baxmayaraq 20 min hektara qədər payızlıq əkin sahələrini  şumlamağı planlaşdırırıq. Qeyd edək ki, bu rəqəm hava şəraitindən və insanların maddi imkanlarından asılı olaraq dəyişə bilər. Yazlıq əkinlərin 5-7 min hektar arasında aparılması planlaşdırılır” – separatçı məmur belə deyib./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!