Separatçı erməni xuntası torpağımızda “daxili işlər nazirliyi” yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Separatçı erməni xuntası torpağımızda “daxili işlər nazirliyi” yaratdı

Rəsmi

23 Yanvar 2021 08:42 1485


1991-ci ildən bəri Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu erməni xuntasının hələ də Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd və s. yaşayış məntəqələrimizdə faktiki fəaliyyət göstərən tör-töküntülərinin qanunsuz “qanunverici orqan”ının  qondarma “dövlət-hüquq” komissiyasının iclasında “daxili işlər nazirliyi”nin  yaradılması haqda “qanun dəyişikliyi” qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, qəsbkar Ermənistan saytlarının yaydığı məlumata görə, bu haqda “qanun layihəsi”ni  separatçı-terrorçu xuntanın “ədliyyə naziri” sayılan Karen Danielyan təqdim edib. 

“Qanun dəyişikliyin”ə əsasən qondarma “polis” və “fövqəladə hallar xidməti” “daxili işlər nazirliyi”ndə birləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!