Separatçıbaşı aqibətindən narahatdır – Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

Separatçıbaşı aqibətindən narahatdır – Erməni nəşri

Siyasət

29 May 2021 12:36 1196


Qarabağ separatçılarının rəhbəri Arayik Aratyunyan özünə əvəz axtarır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazıb.

“O, Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi özünü sığortalayır və bir daha sudan quru çıxmağa çalışır. Əslində, “Artsax”dakı mənbələrimizin dediyi kimi, Arutyunyan özü üçün əvəz axtarır”, – deyə nəşr qeyd edir.

“Post” əlavə edir ki, seçki kampaniyası hələ rəsmi olaraq başlamayıb və Ermənistanın siyasi qüvvələri proqramlarını təqdim etməyib. “Lakin siyasi proseslərə az-çox bələd olanlar üçün hakimiyyət dəyişikliyinin aparılması ehtimalı onsuz da aydındır. Arutyunyan əvvəl-axır vəzifəsindən ayrılmalı olacağını bilərək, Ermənistandakı bugünkü müxalifət üçün məqbul olacaq bir adam tapmağa, digər tərəfdən, vəzifəsindən ayrıldıqdan sonra da təqib olunmayacağına əmin olmaq istəyir. “Artsax” mənbəyimizin verdiyi məlumata görə, mövcud vəziyyətlə əlaqədar olaraq Artsaxda yaxın gələcəkdə yeni dəyişikliklər planlaşdırılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!