Serdar Ortaç vəsiyyətnaməsini hazırladığını və vəfatından sonra mirasının kimlərə qalacağını bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, müğənni səhnəsinə çıxdığı oteldə sərvətini onunla çalışan şəxslərə və illər əvvəl vəfat edən qardaşının övladlarına vəsiyyət etdiyini bildirib.
O, Kadir İnanırın sağlığında mirasını bölüşdürməsini nümunə göstərərək, özünün də eyni addımı atdığını deyib. İfaçı övladının olmadığını xatırladaraq, uzun illərdir onunla çalışan şəxslərin də vəsiyyətdə yer aldığını bildirib. pizza mizza
Müğənninin vəsiyyəti açıqlamasından sonra İstanbulun İstinye ərazisində yerləşən Boğaz mənzərəli evi də maraq doğurub. Ortaç bu evi 2016-cı ildə 15 milyon lirəyə alıb. 750 kvadratmetr ərazidə yerləşən ev 8 otaq, 4 salon və 4 hamamdan ibarətdir.
S.Ortaçın sözlərinə görə, ev də daxil olmaqla mirası vəfatından sonra çalışanları və qardaşının övladları arasında bölüşdürüləcək.
Aydan Hacı
Telegram kanalımız