Türkiyəli aktrisa Serenay Sarıkaya Fransaya səfəri zamanı Disneylanda gedərək əyləncəli anlar yaşayıb.
“Yeni Sabah” xəbər verir ki, Sarıkaya Paris Moda Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Fransaya gedib. Aktrisa tədbirlərdən əvvəl Parisdə yerləşən Disneyland əyləncə parkını ziyarət edib. O, burada gün ərzində müxtəlif attraksionlardan zövq alıb və rəngli görüntülər paylaşıb.
Sarıkaya üzünə müxtəlif rənglərdə boyalar çəkdirərək kamera qarşısına keçib. Onun şən və səmimi görüntüləri izləyicilərinin marağına səbəb olub. pizza sifarişi
Aktrisanın paylaşdığı fotolar sosial şəbəkələrdə çoxsaylı bəyənmə və rəylər alıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız