Şərhçi Çimenin daha bir səhvi üzə çıxdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şərhçi Çimenin daha bir səhvi üzə çıxdı - VİDEO

İdman

16 İyun 2026 15:08 286


İran-Yeni Zelandiya matçında kobud səhvlərə yol verən TRT1 şərhçisinin daha bir "günah"ı üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, onun Superliqa matçında qolun təkrarını yeni qol kimi şərh etməsinə dair video yayımlanıb.

Xatırlatma: TRT1 şərhçisi Murat Ekrem Çimen İran-Yeni Zelandiya oyununun ilk 4 dəqiqəsi ərzində hər iki ölkənin futbolçularını və komandalarını bir-biri ilə qarışdırıb. Toyuqlu pizza

Şərhçinin bu inanılmaz səhvi qısa müddətdə sosial şəbəkələrdə kəskin etirazlara və lağ hədəfinə çevrilərək gündəmi zəbt edib. 

Məsələyə becid reaksiya verən TRT rəhbərliyi rəsmi bəyanat yayaraq ictimaiyyətdən üzr istəyib.

Qurumdan bildirilib ki, kobud səhvə yol verən şərhçi Murat Ekrem Çimen dərhal dünya çempionatının yayım komandasından kənarlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!