Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Sərhəddə atəşkəsi ruslar pozur? -  “Bu cür təxribatların tez-tez şahidi olacağıq”
13 İyl 2021 16:16
1313

Sərhəddə atəşkəsi ruslar pozur? - “Bu cür təxribatların tez-tez şahidi olacağıq”

Son günlər təmas xəttində atəşkəsin pozulması intensiv xarakter alıb. Ermənistanda müharibə ritorikasının yenidən güclənməsi fonunda sərhəddə gərginliyin artması birmənalı qarşılanmır. Prosesi Rusiyanın idarə etdiyinə dair iddialar var. Kremlin bölgədə gərginliyi artırmaq və Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq üçün bu cür davrandığı bildirilir.

Məsələyə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Yenisabah.az-a açıqlamasında deyib ki, təxribatın intensivləşməsində Qaragöl hadisəsi mühüm rol oynayıb:

“Sərhəddə ermənilər tərəfindən təxribat törədilməsi birinci dəfə deyil. Xüsusilə də Qaragöl hadisəsindən sonra bu cür hallar daha intensiv xarakter almağa başlayıb. Onun da səbəbləri var. Ermənilər sovet xəritələri əsasında demarkasiya və delimitasiya işlərinin həyata keçirilməsini heç cür istəmirlər. Ona görə də maksimum çalışırlar ki, təxribata əl atsınlar. Çünki düşünürlər ki, bu işdə nə qədər çox təxribat etsələr, məsələ bir o qədər uzanar və məsələ uzandıqca Minsk qrupu həmsədrləri bu işə qoşular. Düşmən hesab edir ki, məsələ uzansa, beynəlxalq təzyiq onların istəyinin yerinə yetirilməsinə yol açacaq və biz geri çəkiləcəyik. Ona görə də təkcə dövlət sərhəddində deyil,  hətta təmas xəttində-Qarabağda da atəşkəsi pozurlar”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, sülh müqaviləsinin bağlanması Qarabağın Azərbaycan ərazisi olduğunun Ermənistan tərəfindən faktiki olaraq elan edilməsi anlamına gəlir:

“Amma ermənilər bunların heç birini qəbul etmək istəmirlər. Nəticədə təxribata əl ataraq bizi şantaj edirlər. Fikrimcə, onlar bundan sonra da təxribat törədəcəklər. Ona görə də ilk növbədə Kəlbəcər, Laçın istiqamətində demarkasiya və delimitasiya işləri görülməlidir. Mühəndis istehkam qurğuları ilə bağlı məsələ iqlimin sərtləşməsi, yəni ən azı payızın ortasına qədər həll edilməlidir. Həll olunmadığı müddətcə biz bu cür təxribatların tez-tez şahidi olacağıq. Ermənistan artıq müraciət edib ki, rus hərbçiləri sərhədlərin tam demarkasiyası baş tutana qədər Azərbaycan və Ermənistan sərhədlərinin hamısını qorusun. Bəlkə, təxribat ondan sonra bi az azalsın”.

İlham İsmayıl atəşkəsin pozulmasında Rusiyanın əli olduğunu düşünmədiyini də vurğulayıb:

“Çünki bu, Rusiyanın marağına xidmət etmir. Rusiyaya lazımdır ki, Cənubi Qafqazda hərbi bazasının sayı bir az da artsın. Ermənistan isə onsuz da buna şərait yaradıb, həm Qarabağda, həm sərhəddə, həm də Gümrüdə rus hərbçisi var. Əksinə oradakı hər hansı bir insident Rusiyanı gərgin vəziyyətə salır, ona görə də bu iddialar inandırıcı deyil”.

Sayad HƏSƏNLİ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər