Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Hadisə

30 Aprel 2024 14:33 2465


Ermənistan ordusunun 20-yə yaxın müqaviləli hərbçisi Tavuşda Qazaxın kəndlərinin təhvil verilməsinə qarşı keçirilən etiraz aksiyalarına qoşulduqları üçün döyülüb.

“Yeni Sabah” Globalinfo.az-a istinadla xəbər verir ki, hadisənin aprelin 26-da baş verdiyi bildirilir.

Məlumata görə, 20-yə yaxın müqaviləli hərbçi vəzifələrindən imtina edərək etirazçılara qouşulublar. Ermənistan Müdafiə Nazirliyi həmin şəxslərin məsuliyyətə cəlb ediləcəyini açıqlayıb, daha sonra ölkənin İstintaq Komitəsi bir qrup hərbçinin vəzifələrini yerinə yetirməkdən imtina etməsi ilə bağlı cinayət işinin başlandığına dair məlumat yayıb.

Saxlanılan hərbçilərə qarşı zorakılığa yol verildiyi, təhdid edildiyi bildirilir. Hətta həmin şəxslərin ağır şəkildə döyüldüyünə dair xəbərlər yayılıb.

Etirazçılara rəhbərlik edən erməni polkovnik Mihran Maqsudyan həmin vaxt hərbçilərin etirazçılara qoşulmaq istədiyini, lakin onlara məsələyə qarışmağı tövsiyə etdiyini deyib.

Erməni hərbçilərin etirazçılara dəstək olduğu görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!