“Sərhədlərin müəyyənləşməsi yazda başlayacaq“ - Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

“Sərhədlərin müəyyənləşməsi yazda başlayacaq“ - Erməni nəşri

Rəsmi

02 Dekabr 2021 11:36 1354


“ Noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşdən sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən edilməsi, daha doğrusu, delimitasiyası və demarkasiyası üçün yaxın vaxtlarda müvafiq komissiyanın yaradılacağı bəlli olub".

Yenisabah.az xəbər verir ki, bu barədə "Past” qəzeti yazıb.

Erməni nəşri mövzunun davamında qeyd edib:

"İlkin razılaşmaya əsasən, yaradılan komissiyaya iki ölkənin müdafiə nazirləri rəhbərlik edəcək. Ekspertlər və sahə üzrə mütəxəssislərin fikrincə, delimitasiya və demarkasiya prosesi əslində, kifayət qədər mürəkkəb, uzun və böyük səy tələb edən prosesdir.

Mütəxəssislər onu da qeyd edirlər ki, bu proses illərlə, hətta on illərlə davam edə bilər. Üstəlik, elə ölkələrin təcrübəsi var ki, onilliklər keçsə də, bu işlər nəticə vermir.

Mənbəmizin sözlərinə görə, çətin və pis hava şəraitindən asılı olaraq, yeni yaradılmış delimitasiya və demarkasiya komissiyasının işinə 2022-ci ilin yazında, daha dəqiq desək, "qar əriməyə başlayanda” start verilməsi nəzərdə tutulur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!