Sərnişinlərin həyatı təhlükədə -   ADY açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Sərnişinlərin həyatı təhlükədə - ADY açıqlama yaydı

Hadisə

19 Oktyabr 2026 13:35 94


Bu ilin yanvar-sentyabr aylarında hərəkətdə olan sərnişin və yük qatarlarına 26 dəfə daş atılıb.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə belə hadisələrin sayı 38 faiz azalıb.

Buna baxmayaraq, qatarlara daş atılması sərnişinlərin və qatar heyətinin həyatı üçün ciddi təhlükə yaradır. Belə hallarda qatarlara ziyan dəyir, maşinistlər qatarı təcili saxlamaq məcburiyyətində qalır və nəticədə hərəkət cədvəlində gecikmələr yaranır. pizza hut

Aşkarlanmış faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir hadisə üzrə müvafiq araşdırma aparılıb.

ADY qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırıb.

Qeyd edək ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayət hesab olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!