Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda beş marşrut avtobusunun hərəkəti dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda beş marşrut avtobusunun hərəkəti dəyişdirilir

Sosial

22 May 2024 20:36 478


Bakının "8 Noyabr" prospektində aparılan təmirlə əlaqədar beş marşrut avtobusunun hərəkəti dəyişdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri müddətində 21 və 175 nömrəli avtobuslar "Dəniz Kənarı" küçə, 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcəklər. Dominos pizza

Qeyd edək ki, "8 Noyabr" prospektində aparılan təmir işləri ilə əlaqədar 23 may saat 8:00-dan 29 may saat 22:00-dək prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!