Şərqi Zəngəzurdakı transsərhəd çaylarda elmi-tədqiqat işləri aparılıb

saytların hazırlanması

Evə çatdırılma

Şərqi Zəngəzurdakı transsərhəd çaylarda elmi-tədqiqat işləri aparılıb

Sosial

13 İyun 2023 16:43 918


"Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi”  layihəsi çərçivəsində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları tədqiqat işlərinin aparılması məqsədilə Şərqi Zəngəzur iqtisadi rayonunda  olub. 

Layihəyə uyğun olaraq bölgənin transsərhəd çayları olan Oxçuçayın Sayıflı, Bürünü, Cahangirbəyli koordinatlarından, eyni zamanda Həkəri və Bəsitçaydan çirklənmə dərəcəsinin təyin edilməsi üçün su və dib çöküntüsü nümunələri götürülüb.

Aparılan analizlərin nəticələrinə əsasən çay sularının zəhərli maddələrdən təmizlənməsi üçün layihə çərçivəsində ekoloji cəhətdən səmərəli təkliflərin irəli sürülməsi nəzərdə tutulub. pizza hut

Qeyd edək ki, Azərbaycan Elm Fondunun təsis etdiyi “Qarabağ Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin qalibi olaraq, Şərqi Zəngəzur iqtisadi rayonundakı transsərhəd çaylarda elmi-tədqiqat işləri layihənin rəhbəri, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın rəhbərliyi ilə həmin kafedranın  əməkdaşları Aytən Səmədova və Nailə Cəfərova tərəfindən həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!