Sertifikasiyadan imtina edən müəllimləri nə gözləyir? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sertifikasiyadan imtina edən müəllimləri nə gözləyir? - Açıqlama

Sosial

07 İyun 2022 16:04 2926


“Pedaqoji fəaliyyətlə məşğul olan bütün təhsil işçiləri sertifikasiyadan keçməlidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, yaşı 60-dan yuxarı olan müəllimlərin sayı 8 min nəfərdən çoxdur: Sezar pizza

“Hazırda 4432 ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Yaşı 60-dan yuxarı olan müəlimlərin sayı 8 min nəfərdən çoxdur. Əmək Məcəlləsində və Təhsil Haqqında Qanunda dəyişikliyə əsasən orta ümumtəhsil məktəblərində çalışan bütün şəxslərin sertifikasiyadan keçməsi nəzərdə tutulub.

64 yaşlı müəllimin hələ 1 il vaxtı var. Əmək Məcəlləsinə görə, 65 yaşdan sonra qalıb işləyə bilər. Vakant yerlərin, ümumi işçilərin sayı nəzərə alınmaqla müəssisədə saxlaya bilirlər”.

K.Əsədov qeyd edib ki, müəllim əsaslı səbəb olmadan sertifikasiyadan imtina edərsə, onla bağlanmış müqaviləyə xitam veriləcək:

“Müəllim əsaslı səbəb olmadan sertifikasiyadan imtin edərsə, onunla bağlanmış müqaviləyə xitam veriləcək. Hesab edirəm ki, bütün müəllimlər sertifikasiyaya cəlb edilməlidir. O demək deyil ki, onların biliklərinə şübhə edirlər.

Uzun müdətdir, onların yoxlanılması həyata keçirilməyib. Bu onlara inamsızlıq deyil, əksinə daha yaxşı nətiə verəcəklərinə inanırıq”.

Kamran Əsədov əlavə edib ki, müəllimin sertifikasiyada iştirak etməməsi gələcəkdə təqaüd almasına mane olacaq:

“Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, müəllimlər özlərini təkminləşdirməyiblər. Müəllim kənar mövzudan imtahan edilmir. Tədris etdiyi fəndən imtahan verir. Birmənalı şəkildə bundan ötrü narahat olmaq lazım deyil. Müəllimlərə inamımız, etibarımız var. Biz inanırıq ki, sertifikasiya müəllimin biliyinin nə qədər yüksək olduğunu göstərəcək.

Sertifikasiyada iştirak etməmək onunla bağlanmış müqaviləyə xitam vermək deməkdir. Bu da gələcəkdə təqaüd almasına mane olacaq".

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!