Sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya yaradıldı

Sosial

06 İyul 2026 11:46 95


Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiyalar bu gündən iyulun 31-dək fəaliyyət göstərəcək.

Komissiyaya müraciət etmək istəyən şəxslər həftənin I-IV günləri saat 09:30-dan 13:00-dək şəxsiyyət vəsiqələri ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yaxınlaşa bilərlər. Dominos pizza

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!