Şərurda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şərurda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Hadisə

30 May 2026 21:51 109


Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

"Yeni Sabah" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, Arpaçay çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri cəlb ediliblər. Marqarita pizza

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Elmir Məhərrəm oğlu Cəfərov xilas edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!